İdman

Neftçi”nin legioneri: “Nəyə qadir olduğumuzu bilirik”

Sharing is caring!

“Neftçi”nin qapıçısı İvan Brkiç Azərbaycan Premyer Liqasının XXIV turunda “Qarabağ”la matçdan öncə fikirlərini bildirib.

Xorvatiyalı qolkiper derbi oyunu olsa da, əvvəlki görüşlərə olduğu kimi hazırlaşdıqlarını deyib:

“Derbi matçıdır. Əvvəlki oyunlara hazırlaşdığımız kimi hazırlaşmışıq. Nəyə qadir olduğumuzu bilirik. Düşünürəm ki, səfərdə yaxşı oyun nümayiş etdirib, qələbə qazanmağı bacararıq”.

4 oyundur, qol buraxmayan 27 yaşlı qapıçı bunun bütün komandanın əməyi olduğunu bildirib:

“Neftçi”yə gəldikdən sonra ilk dəfə belə seriya davam edir. 4 oyundur, eyni heyətlə çıxış edirik. Bu, anlaşma səviyyəmizə yaxşı təsir edir. Bizim üçün xeyirli amildir. Qol buraxmamağım tək mənim yox, bütün komandanın uğurudur. Ümid edirəm ki, bunu qoruyub saxlaya biləcəyik. Buna inanıram. İnşallah!”

Mənbə: “Neftçi TV”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir