İdman

Kanselu Qvardiola ilə aralarında baş verənlərə aydınlıq gətirdi

Sharing is caring!

Qış transfer pəncərəsinin son günündə “Mançester Siti”ni “Bavariya”ya dəyişən Joau Kanselu bu qərarı niyə verdiyini açıqlayıb.

Portuqaliyalı cinah müdafiəçisi İngiltərə klubunun baş məşqçisi Pep Qvardiolanın ona az şans verdiyini, bu səbəbdən Almaniyaya köçdüyünü deyib:

“Dünya çempionatından sonra baş məşqçi fərqli oyun stili tapdı. O, Natan Ake və Luis Rikonu daha çox bəyənirdi. Məncə, hər bir futbolçu bir az eqoistdir. Bunun əksini deyən yalan danışır. Mənim kimi çempionluqlar əldə etmək istəyən iddialı futbolçu oynamaq istəyər. Buna layiq olduğumu düşünürdüm, ancaq Qvardiola fərqli yanaşırdı. Beləliklə, onunla danışdıq. Bu, mübahisə yox, söhbət idi. Qərar verdim ki, ən yaxşısı başqa kluba keçməkdir. “Bavariya” mənim üçün imtina edə bilməyəcəyim bir fürsət idi. Keçid qarşılıqlı razılıq əsasında oldu. “Mançester Siti” istəməsəydi, getməyimə icazə verməzdilər. Çünki müqaviləm var idi. Peşəkaram və oynadığım klublarda maksimumumu vermişəm. Xasiyyətim bir az çətin ola bilər, amma heç vaxt komanda yoldaşlarıma və ya məşqçilərimə hörmətsizlik etməmişəm”.

Kanselu yanvarın 21-də icarə əsasında “Bavariya”ya keçib. Münhen klubunun onu birdəfəlik transfer etmək hüququ var. 27 yaşlı futbolçu Almaniya klubunda meydana çıxdığı 5 matçda 2 məhsuldar ötürmə edib.

Mənbə: O Joga

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir