İdman

Xavi: “Qvardiola sözün hər mənasında dahidir”

Sharing is caring!

Xavi Pep Qvardiola ilə işləməsindən danışıb. “Barselona”nın baş məşqçisi Avropa Liqasında “Mançester Yunayted”lə oyun öncəsi Erik ten Haqın əməyini yüksək qiymətləndirib.

“Haq çox yaxşı məşqçidir, mən onu çox bəyənirəm. O, komanda qurub və bütün oyunçularından maksimum yararlanır. Bu onun haqqında çox şey deyir. Taktiki cəhətdən o, çox yaxşı işləyir və paltardəyişmə otağında əla iş görür.

Ten Haq oyunçularının tam istedadlarını nümayiş etdirmələrini təmin edir. Siz bunu Ceydon Sanço, Markus Reşford, Bruno Fernandeşdə görə bilərsiniz. Hələ Fredin necə oynadığına baxın.

Düşünürəm ki, əcnəbi məşqçilər Premyer Liqaya müsbət təsir göstərib. Onlardan ən yaxşısı isə Qvardioladır. Mən onun rəhbərliyi altında oynamışam və özüm də daxil olmaqla, bütün digər məşqçilərlə onun arasında böyük fərq var. Pep sözün hər mənasında dahidir”, – deyə Xavi bildirib.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir