İdman

Ansi Aqolli: “Qarabağ”da ən çox oyun keçirən əcnəbi futbolçu olmaq şərəfdir”

Sharing is caring!

“Qarabağ”ın heyətində ən çox oyun keçirən əcnəbi futbolçu olmaq mənim üçün xüsusi şərəfdir”.

“Report”un məlumatına görə, bunu Albaniya millisinin sabiq futbolçusu Ansi Aqolli “Qarabağ”dakı karyerası barədə “tribalfootball.com” saytına müsahibəsində deyib.

Veteran müdafiəçi bildirib ki, bu təcrübə onu futbola fərqli, daha yetkin baxmağa vadar edib:

“Qarabağ”da oynamağın mənə çox köməyi dəydi. Orada çox şey öyrəndim. Həmişə komandam üçün əlimdən gələni etməyi, yoldaşlarıma köməklik göstərməyi düşünmüşəm. Bunu etsəniz, təbii ki, belə nailiyyətlər də gələcək”.

O, karyerasındakı ən yaddalan anları və ən çətin oyunları da açıqlayıb:

“Bunlardan birincisi, az büdcəyə baxmayaraq, 2017/2018 mövsümündə “Qarabağ”la bütün təsnifat mərhələlərini uğurla adladıqdan sonra Çempionlar Liqasının qrupuna vəsiqə qazanmağımız oldu. Ən çətin oyunlarımı millidə İspaniyaya, “Qarabağ”da isə 2010-cu ildə Avropa Liqasında Almaniyanın “Borussiya” (Dortmund) klubuna qarşı keçirmişəm”.

Aqolli futbolçu vaxtı ən böyük arzusunun Almaniya Bundesliqasında oynamaq olduğunu söyləyib:

“Amma “Qarabağ”a keçdikdən sonra Çempionlar Liqası və Avropa Liqasının qruplarında oynadım. Bəlkə də Almaniyaya getsəydim, bu, baş verməzdi. Karyerama görə peşman deyiləm və gördüyüm işdən razıyam”.

Qeyd edək ki, Ansi Aqolli “Qarabağ”ın formasını 2010-2019-cu illərdə geyinib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir