İdman

Messinin son dəqiqədəki qolu PSJ-yə qələbə qazandırdı – VİDEO

Sharing is caring!

PSJ Liqa 1-in 24-cü turunda evdə “Lill”dən qələbəni qoparıb (4:3).

Parislilər matça inamlı başlayıblar. İlk hissənin birinci yarısında Kilian Mbappe və Neymar fərqlənib (2:0). Lakin sonradan qonaqlar 3 top vuraraq önə keçiblər (2:3).

87-ci dəqiqədə Mbappe yenidən qol vuraraq hesabı bərabərləşdirib (3:3). Lionel Messi isə 95-ci dəqiqədə cərimə zərbəsindən qələbə qolunu vurub – 4:3.

Hazırda PSJ 57 xal toplayıb və turnir cədvəlinə başçılıq etməkdə davam edir. “Lill” 42 xalla 5-ci yerdədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir