İdman

Okeaniyada 13 qollu oyunda Leo penta-trikə imza atdı

Sharing is caring!

Okeaniya Futbol Konfederasiyasının (OFC) keçirdiyi Çempionlar Liqasının ilkin mərhələsində maraqlı qarşılaşma baş tutub.

Amerika Samoasının “İlaoa and Toomata” klubu evində Samoanın “Soaga” kollektivinə acınacaqlı şəkildə məğlub olub.

Qarşılaşmanın ilk hissəsində qapılara beş qol vurulub. İkinci hissədə isə azarkeşlər daha səkkiz qolun şahidi olublar. Maraqlıdır ki, qolların hamısını qonaqlar vurmağa nail olublar. Yekunda meydan sahibləri 0-13 hesabı ilə darmadağın olublar. Qonaqların heyətində M.Leo penta-triklə yadda qalıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir