İdman

61 yaşlı rusiyalı Olimpiadada çıxış etmək üçün vətəndaşlığını dəyişdi

Sharing is caring!

Rusiyalı atlet Vladimir Tuqanov idman vətəndaşlığını dəyişib.

Bu barədə Rusiyanın atçılıq komandasının baş məşqçisi Vladimir Beletski məlumat verib.

Beletski 61 yaşlı idmançının Fələstin millisinə keçdiyini bildirib.

“Onun rusiyalıların beynəlxalq yarışlara qayıtmasını sakitcə gözləməyə vaxtı yoxdur, hər ili qiymətlidir. İdman karyerasında çox illəri qalmayıb, ona görə də indi yarışmaq və üçüncü Olimpiadasına vəsiqə qazanmaq istəyir”, – deyə məşqçi izah edib.

Beletski qeyd edib ki, idman vətəndaşlığını dəyişmək qərarı Tuqanov üçün çox çətin olub.

Qeyd edək ki, Tuqanov atçılıq üzrə Rusiya millisinin tərkibində 2004 və 2012-ci illərdə keçirilən Oyunlarda iştirak edib. Turnirlərdə o, müvafiq olaraq 33-cü və 65-ci nəticə göstərib.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir