İdman

Kriştianu Ronaldu yeni rekordlara imza atıb – FOTO

Sharing is caring!

“Ən-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu yeni rekordlara imza atıb. Belə ki, forvard het-trik sayını 61-ə çatdırıb. Onlardan 51-i klub səviyyəsində, 10-u Portuqaliya millisinin heyətindədir.

Hücumçu 30 yaşına qədər 30 dəfə, bu yaşdan sonra isə 31 dəfə hər oyunda üç və ya daha çox qol vurub.

Hazırkı oyunçular arasında het-triklərin sayına görə Ronaldu liderlik edir. Argentinalı Lionel Messidə het-trik sayı 56-dır.

Bundan əlavə, “Əl-Vahda” ilə matçda Kriştianu ölkə çempionatlarında vurduğu qolların sayını 503-ə çatdırıb. Bu, tarixin 5-ci ən yüksək göstəricisidir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı çempionatının növbəti turunda “Ən-Nəsr” səfərdə “Əl-Vəhda” ilə qarşılaşıb. Qonaq komanda hücumçusu Kriştianu Ronaldunun sayəsində rəqibini darmadağın edib. Belə ki, kapitan sarğısı ilə meydana start heyətində çıxan 38 yaşlı portuqaliyalı matçda dörd qol (21, 40, 51 (penaltidən), 61-ci dəqiqələrdə) vuraraq komandasına üç xalı qazandırıb – 0:4.

Ronaldunun pokeri “Ən-Nəsr”i turnir cədvəlində liderliyə yüksəldib. Bu poker onun üçün 2019-cu ildən (Litva yığması ilə oyundan) bəri ilk olub.

Mənbə: Sportbox.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir