İdman

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çempionlar Liqasına təyinat alıb

Sharing is caring!

Azərbaycan Voleybol Federasiyası (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova kişi voleybolçular arasında Çempionalar Liqasına təyinat alıb.

“Report”un məlumatına görə, AVF rəsmisi bu gün Fransanın Tur şəhərində keçiriləcək “Turs VB” və Almaniyanın “Fridrixshafen” koamndaları arasında keçiriləcək matçda supervayzer funksiyasını yerinə yetirəcək.

Avropa Voleybol Konfederasiyasının bu oyun üçün təyinatlarına əsasən İsmayılova görüşün hakimləri macarıstanlı Jolt Mözeffi və potuqaliyalı Rikardu Ferreyranın işinə qiymət verəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir