İdman

Klublararası dünya çempionatında sensasiya: İlk finalçı məlum oldu – VİDEO

Sharing is caring!

Klublararası dünya çempionatının 1/2 finalında Braziliyanın “Flamenqo” klubu Səudiyyə Ərəbistanının “Əl-Hilal” kollektivi ilə qarşılaşıb.

Görüş gözlənilməz nəticə ilə başa çatıb. Belə ki, ərəb komandası ilk hissənin sonlarından azlıqda qalan braziliyalıları 3:2 hesabı ilə məğlub edərək turnirdən kənarlaşdırıb və finalda iştirak etmək hüququ qazanıb.

Digər yarımfinalda isə “Real Madrid” sabah Misirin “Əl-Əhli” komandası ilə mübarizə aparacaq.

Xatırladaq ki, turnir Mərakeşdə keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir