İdman

Türkiyəli futbolçu zəlzələ qurbanlarına görə Ronaldunun formasını hərraca çıxarıb – FOTO

Sharing is caring!

Türkiyə millisinin və İtaliya “Yuventus”unun futbolçusu Merih Demiral portuqaliyalı hücumçu şəxsi kolleksiyasında yer alan Kriştianu Ronaldunun imzalı formasını hərraca çıxarıb.

Bu barədə 25 yaşlı müdafiəçi özünün “Twitter” səhifəsində paylaşım edib.

Hazırda icarə əsasında “Atalanta”da çıxış edən oyunçu bildirib ki, bu addımı ölkəsindəki zəlzələ qurbanlarına kömək məqsədilə atıb:

“Ronaldu ilə danışdım, baş verənlərə görə çox üzüldüyünü bildirdi. Hərracdan əldə ediləcək bütün vəsait zəlzələ zonası üçün istifadə olunacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir