İdman

Ronaldu, Neymar və Haci ad günlərini qeyd edirlər – VİDEO

Sharing is caring!

Georgi Haci, Kriştianu Ronaldu və Neymar bu gün ad günlərini qeyd edirlər.

“Karpatların Maradonası”nın 58, “Əl-Nəsr”ın hücumçusunun 38, PSJ-nin forvardının isə 31 yaşı tamam olur.

Ronaldu karyerası ərzində 5 dəfə “Qızıl top” alıb. O, “Mançester Yunayted”, “Yuventus”, “Real Madrid” kimi klublarda oynayıb və onlarla birlikdə 30 kubok qazanıb. Portuqaliya millisinin tərkibində Kriş AVRO 2016 və Millətlər Liqasının qalibi olub.

Neymara gəlincə PSJ, “Barselona” və “Santos”da çıxış edən hücumçunun aktivində 26 klub kuboku var. 2022-ci ildə o, Braziliya millisinin heyətində Pelenin qol rekordunu təkrarlayıb (77 qol). Milli komanda ilə Neymar Olimpiya Oyunlarının və Konfederasiyalar Kubokunun qalibi olub.

Haci isə karyerası ərzində “Real Madrid”, “Barselona” və “Qalatasaray” kimi klublarda forma geyinib. Türkiyə təmsilçisi ilə o, UEFA Kuboku və Superkubokunu qazanıb. XX əsrdə Rumıniya futbolunun ən yaxşısı adına layiq görülən keçmiş yarımmüdafiəçi hazırda ölkəsinin “Viitorul” klubunu çalışdırır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir