İdman

“Yuventus”un baş məşqçisi klubun cəzalandırılmasından sonra ilk dəfə açıqlama verdi: “Sabah çətin olacaq…”

Sharing is caring!

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri cari mövsüm İtaliya çempionatının turnir cədvəlində  komandanın 15 xaldan məhrum edilsinə ilk dəfə münasibət bildirib.

“Bu çətin anda “Yuventus” azarkeşlərinə nə demək istərdim? Sabah vacib matçdır (A Seriyasında “Atalanta”ya qarşı – red.). Biz buna hazırlaşmalıyıq. Ancaq meydanda nə olacağını düşünməliyik.

15 xal itirəndən sonra vəziyyət dəyişdimi? Xeyr, heç nə dəyişmir. Biz hər bir halda xal qazanmalıyıq. Sabah çətin olacaq, çünki “Atalanta” yaxşı formadadır. Bizə qələbə lazımdır ki, yeddinci yerə yüksələk”, – deyə Alleqri qeyd edib.

O, həmçinin məhkəmə barədə də danışıb.

“Məhkəmə prosesi klubun işidir, artıq elan olunduğu kimi, apellyasiya şikayəti olacaq. Biz oyun barədə düşünürük. 22 xalımız var, 25 xal toplamaq üçün qalib gəlməliyik.

Biz öz üzərimizə düşəni etməyə davam etməliyik. İki aydan sonra yekun hökm elan olunanda peşman olmamalıyıq ki, lazım olanı etmədik. Bu, gözlənilməz hadisədir, lakin biz sakitliyi qorumalı, qalib gəlmək arzusunu və əzmini nümayiş etdirməliyik. Bundan sonra nə olacağı barədə birigün düşünərik, amma hələlik yeddinci yerə çıxmağa çalışacağıq”, – deyə Massimiliano Alleqri əlavə edib.

Mənbə: “Sky Sport Italia”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir