İdman

“Mançester Yunayted” son anda qələbəni əldən verdi – VİDEO

Sharing is caring!

İngiltərə Premyer Liqasında VII turun təxirə salınmış bir matçı keçirilib.

Oxu.Az xəbər verir ki, “Mançester Yunayted” “Kristal Palas”a qonaq olub.

Oyunda hesabı “qırmızı şeytanlar” açıblar. Bruno Fernandez 43-cü dəqiqədə fərqlənib.

Meydan sahibləri isə matça əlavə olunmuş dəqiqələrdə cavab qolunu vurublar. Olise komandasına bir xal qazandıran qola imza atıb.

Bu nəticə ilə xallarının sayını 39-a çatdıran “Mançester Yunayted” 3-cü pillədəki yerini qoruyub. “Kristal Palas” da 23 xalla 12-ci sırada qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir