İdman

“Qarabağ”ın zədəliləri Almaniyada əməliyyat olunacaqlar

Sharing is caring!

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev və müdafiəçisi Abbas Hüseynov yaxın günlərdə əməliyyat olunacaq.

Bu barədə “Report”a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə açıqlama verib.

Onun sözlərinə görə, cərrahi müdaxilə Almaniyada baş tutacaq:

“Şahruddin yaxın 1-2 gündə, Abbas isə yanvarın 25-dən sonra Almaniyaya yola düşəcək”.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyevin qolu sınıb, Abbas Hüseynov isə dizindən zədə alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir