İdman

La Liqa: “Bask derbisi”ni “Real Sosyedad” qazandı

Sharing is caring!

La Liqanın XVII turu “Bask derbisi” ilə əlamətdar olub.

Oxu.Az xəbər verir ki, İspaniyanın “Basklar ölkəsi”nin iki şəhərini təmsil edən “Real Sosyedad”la “Atletik Bilbao”nun görüşü maraqlı alınıb.

San Sebastianda keçirilən matç meydan sahiblərinin – “Real Sosyedad”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ev sahiblərinin qollarını Sörlot, Kubo və Oyarzabal vurublar.

Qonaqların heyətində isə Sançet fərqlənib.

Qeyd edək ki, bu nəticə ilə xallarının sayını 35-ə yüksəldən “Real Sosyedad” 3-cü pillədəki yerini qoruyub. “Atletik Bilbao” isə 26 xalla 8-ci sırada qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir