İdman

Biatlon üzrə ilk Olimpiya çempionu vəfat etdi

Sharing is caring!

Biatlon üzrə ilk Olimpiya çempionu isveçli Klas Lestander 92 yaşında vəfat edib. Bildirilir ki, əfsanəvi biatlonçu Aryeploqdakı (İsveç) evində təbii səbəblərdən dünyasını dəyişib.

Lestander biatlon üzrə ilk Olimpiya çempionudur. O, 1960-cı ildə ABŞ-də keçirilən Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb. Lestander həmçinin 1961-ci il Dünya Çempionatında İsveç milli komandasının tərkibində qeyri-rəsmi 3×7,5 km estafet yarışında bürünc medal əldə edib.

2010-cu ilə qədər Lestander kişilərin yarışında Olimpiya Oyunlarında birinci yeri tutmağı bacaran yeganə İsveç biatlonçusu idi. O, artıq dünya çempionatları və Olimpiya Oyunlarının qalibi olmuş 65 idmançının daxil olduğu “Zero Club”un yaradıcısı hesab olunur.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir