İdman

“Sumqayıt” braziliyalı futbolçu transfer etdi

Sharing is caring!

“Sumqayıt” qış fasiləsində braziliyalı futbolçu transfer edib.

Klubdan Oxu.Az-a verilən məlumata görə, Ukraynanın “Kolos” klubunun vingeri Dieqo Karioka gənclər şəhəri təmsilçisi ilə anlaşıb.

25 yaşlı oyunçu Premyer Liqa təmsilçisinin qış fasiləsində ilk transferi olub. Karioka müqavilə müddətinin uzadılması şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.

Qeyd edək ki, Dieqo Karioka, eyni zamanda, “Sumqayıt” tarixinin ilk braziliyalı futbolçusu olub. O, karyerası ərzində “Şaxtyor” (Soliqorsk, Belarus), “Vitebsk” (Belarus), “Yagelloniya” (Polşa), “Zalagerseq” (Macarıstan) və “Kolos”da (Ukrayna) çıxış edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir