İdman

Türkiyə çempionu darmadağın oldu – VİDEO

Sharing is caring!

Türkiyə Superliqasının 18-ci turunda “Alanyaspor” son çempion “Trabzonspor”la qarşılaşıb.

Kırbıyık Holdinq Stadionunda keçirilən qarşılaşmada Françesko Fariolinin yetirmələri 5-0 hesabı ilə qalib gəliblər.

14-cü dəqiqədə Efecan Karaca, 37-ci və 45-ci dəqiqədə Əhməd Həsən, 75-ci dəqiqədə Vilson Eduardo və 78-ci dəqiqədə Yusuf Özdəmirin vurduğu qollar “Alanyaspor”a qələbə qazandırıb.

Bu nəticədən sonra mövsümün ən böyük hesablı məğlubiyyətini yaşayan “Trabzonspor” 29 xalla lider “Qalatasaray”dan 10 xal geri qalır. “Alanyaspor” isə xalını 24-ə yüksəldib.

Superliqanın 19-cu həftəsində “Trabzonspor” “Başakşəhər”lə qarşılaşacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir