İdman

“Qalatasaray” “Fənərbağça”ya böyük hesabla qalib gəldi – VİDEO

Sharing is caring!

Türkiyə Superliqasında 18-ci turun mərkəzi qarşılaşması baş tutub.

İstanbul derbisində əzəli rəqiblər “Fənərbağça” ilə “Qalatasaray” üz-üzə gəlib.

Hazırda komandaların turnir cədvəlindəki ilk iki sıranı tutduqlarını nəzərə alsaq, “Şükrü Saracoğlu” stadionunda keçirilən matç liderlik mübarizəsi baxımından da maraq doğurub.

Oyun qonaqların üstünlüyü ilə keçib. “Aslanlar” meydan sahiblərinin qapısından üç cavabsız top keçirərək liderliklərini möhkəmləndiriblər – 0:3. 

Bu nəticədən sonra “Cim-Bom” 39 xalla ilk sırada,  “Fənər” isə ondan 4 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir