İdman

Donald Gerye Azərbaycana qayıdır

Sharing is caring!

Hazırda Kiprin “Olimpiakos” klubunda forma geyinən Donald Gerye Azərbaycan Premyer Liqasına qayıda bilər.

Sportlife.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi “Sumqayıt”la ümumi razılıq əldə edib. Tərəflər futbolçunun azad agent olmasını gözləyir.

Kipr təmsilçisi ilə may ayına qədər müqaviləsi olan futbolçu klubla sözləşməsinə qarşılıqlı razılıqla xitam verməyə çalışır. Azad agent statusu aldıqdan sonra haitili futbolçu “Sumqayıt”la müqavilə imzalayacaq. 

Məlumata görə, keçid yaxın günlərdə rəsmiləşəcək.

Qeyd edək ki, Donald Gerye 2017 – 2019-cu illərdə “Qarabağ”ın şərəfini qoruduqdan sonra “Neftçi”yə keçib. O, 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir