İdman

Qurban Qurbanovun dünya reytinqində yeri açıqlanıb

Sharing is caring!

Dünyanın ən yaxşı baş məşqçilərinin 2022-ci il üçün yekun reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Azərbaycan klubları siyahıda iki mütəxəssislə təmsil olunub. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov “Top-500”də qərarlaşıb.

Cədvəldəki yeganə azərbaycanlı məşqçi Qurbanov 1 595 xalla 207-cidir. “Neftçi”nin rumıniyalı çalışdırıcısı 1 627 xalla 175-ci yerdədir. Hər iki mütəxəssis ötən siyahıdakı mövqeyini qoruyub.

Qeyd edək ki, ilk “üçlük”də Pep Qvardiola (2 194), Yurgen Klopp (2 112) və Joze Mourinyo (2 063) qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir