İdman

“Çelsi” “Molde”nin hücumçusunu transfer etdi

Sharing is caring!

“Çelsi” rəsmi saytında “Molde” və Fil Dişi Sahili yığmasının hücumçusu Devid Fofananın transferini elan edib.

20 yaşlı futbolçu 2023-cü il yanvarın 1-də London klubuna qoşulacaq.

“Biz Devidi klubda görməyi səbirsizliklə gözləyirik!” – London komandasından bildirilib.

Bu mövsüm Fofana “Molde”nin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 21 qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt” portalına görə, futbolçunun dəyəri 7 milyon avro qiymətləndirilir. Hərçənd, “zadəganlar” onun transferi üçün 12 milyon avro ödəyiblər.

Mənbə: sport-express.ru

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir