İdman

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayırlar

Sharing is caring!

Bu gün Qazaxıstanın Almatı şəhərində şahmatın rapid və blits növü üzrə dünya çempionatına start veriləcək.

“Report”un məlumatına görə, turnirdə Azərbaycan təmsilçiləri də mübarizə aparacaqlar.

Kişilərin yarışında Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva çıxış edəcəklər.

İlk gündə rapid növündə beş tur oynanılacaq.

Qeyd edək ki, dünya çempionatı dekabrın 30-da başa çatacaq. Mükafat fondu 1 milyon ABŞ dolları olan mundialda 258 qrosmeyster (155 kişi, 103 qadın) yarışır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir