İdman

Futbolçu tətildə olarkən öldü

Sharing is caring!

İsveçrənin ikinci divizion klubu “Lozan Uşi”nin futbolçusu Elia Alessandrini tətildə olarkən vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

“Elia Alessandrini üçün yas tuturuq. Ailə dostunu, komanda yoldaşını və hər kəs üçün nümunə olan birini itirdik”, – “Lozan Uşi” açıqlamasında bildirib.

Futbolçunun hovuzda çimərkən öldüyü qeyd edilib. O, tətilini Omanda keçirib. Bir neçə saatdan sonra o, İsveçrəyə uçmalı idi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir