İdman

“Qarabağ”ın rəqibi böyük hesablı qələbə qazandı

Sharing is caring!

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan “Gent” yoldaşlıq oyunu keçirib.

Heyn Vanhazebrukun baş məşqçi olduğu komanda Niderland “Herenven”i ilə qarşılaşıb. Görüş Gent şəhərinin eyniadlı təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu, kollektivin təlim-məşq toplanışında sonuncu sınaq matçı olub.

Qeyd edək ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir