İdman

Mahir Emrelinin dünya çempionatında parlayan komanda yoldaşı “Bavariya” yolunda

Sharing is caring!

Zaqreb “Dinamo”sunun və Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç karyerasını Münhen “Bavariya”sında davam etdirə bilər.

Mənbənin məlumatına görə, Xorvatiya millisinin 27 yaşlı futbolçusunun transfer qiyməti 10 milyon avro dəyərindədir.

Dominik Livakoviç xüsusən Qətərdə keçirilən dünya çempionatındakı etibarlı oyunundan sonra diqqət mərkəzinə düşüb.

Məlumat üçün əlavə edək ki, Dominik Livakoviç Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə eyni klubda çıxış edir.

Mənbə: Bayern&Germany

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir