İdman

Tite Braziliya millisinin baş məşqçisi postunu tərk etdi

Sharing is caring!

Braziliya yığmasının baş məşqçisi Tite DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzduqdan sonra istefa verdiyini açıqlayıb.

“Dediyim kimi, mənim dövrüm bitdi. Mən bunu bir il yarım əvvəl demişəm. Mən sözümün ağasıyam”, – o, oyunsonrası mətbuat konfransında deyib.

Görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Xorvatiya millisinin futbolçuları daha dəqiq olublar – 4:2.

Qeyd edək ki, 61 yaşlı mütəxəssis 2016-cı ildən Braziliya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2019-cu ildə Amerika Kubokunun qalibi olub.

Mənbə: matchtv.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir