İdman

Olivye Jiru Fransa millisinin tarixinə düşdü

Sharing is caring!

İtaliya “Milan”ında çıxış edən Olivye Jiru Fransa millisinin tarixinə düşüb.

“Report”un məlumatına görə, 36 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Polşa ilə 1/8 final oyununda qol vurmaqla nail olub.

44-cü dəqiqədə fərqlənən təcrübəli forvard qollarının sayını 52-yə çatdırmaqla Tyerri Anrini (51 qol) geridə qoyub və yığmanın ən sərrast oyunçusu adını qazanıb. 3-cü pillədə 42 qolla İspaniyanın “Atletiko” (Madrid) klubunun forvardı Antuan Qrizmann qərarlaşıb.

Qeyd edək ki, hazırda Fransa – Polşa görüşündə fasilədir. İlk hissədən sonra “xoruzlar” məhz Jirunun yeganə qolu ilə hesabda öndədir – 1:0.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir