İdman

Mirbağır İsayev üç aylıq futboldan uzaqlaşdırıldı

Sharing is caring!

AFFA İntizam Komitəsi “Səbail” klubunun akademiyasının koordinatoru Mirbağır İsayevi cəzalandırıb.

AFFA-nın rəsmi saytında yer alan xəbərə görə, buna 48 yaşlı mütəxəssisin U-17 Liqasında “Turan Tovuz”la matçda rəsmi şəxsləri təhqir etməsi səbəb olub.

İsayevin üç ay müddətinə futbolla bağlı vəzifələrdə (inzibati, idman və s.) işləməyinə qadağa qoyulub. “Dənizçilər”ə bunun üçün 4 000 manat məbləğində cərimə kəsilib.

Paytaxt təmsilçisinin baş məşqçisi Yaşar Abuzərov isə 5 oyunluq cəza ilə üzləşib. Mütəxəssis 86-cı dəqiqədə meydana daxil olduqdan sonra hakimi təhqir edib və qırmızı vərəqə alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir