İdman

KİV: Mbappe ətrafında yeni transfer qalmaqalı yaranacaq

Sharing is caring!

İstedadlı fransız futbolçu Kilian Mbappenin PSJ-dəki gələcək karyerası qeyri-müəyyən olaraq qalır.

İddia edilir ki, Madrid “Real”ının təklifindən imtina edən və çıxış etdiyi klubla yeni müqaviləyə imza atan hücumçu bir neçə ay sonra verdiyi qərardan peşman olub.

Hücumçunun bu qərarsızlığı isə Fransa klubunu çaşqınlığa salıb.

Artıq mətbuat Mbappe ətrafında yeni transfer qalmaqalının yaranacağını proqnoz verir.

“Belə olacağı təqdirdə parislilər hücumçunu yalnız yaxşı qiymətə satacaqlar. Dünyada bir neçə klub var ki, PSJ-nin maliyyə tələblərini yerinə yetirmək iqtidarındadır və çox güman ki, Mbappe üçün ödəniləcək məbləğ yeni transfer rekorduna çevriləcək”, – nəşr yazır.

Qeyd edək ki, Mbappenin transferində “Liverpul” və “Mançester Yunayted” canfəşanlıq göstərir.

Mənbə: The Athletic

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir