İdman

DÇ-2022: Qrup mərhələsinin III turunda daha dörd oyun keçiriləcək

Sharing is caring!

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu – 3-cü turun digər oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, mübarizə C və D qruplarında olacaq.

C qrupunun lideri Polşa ikinci sıradakı Argentina ilə üz-üzə gələcək. Səudiyyə Ərəbistanı yığması Meksikanın müqavimətini qırmağa çalışacaq. Bu qrupda bütün komandaların 1/8 final mərhələsinə yüksəlmək şansları var.

D qrupunda pley-offu təmin edən Fransa Tunislə, Avstraliya isə Danimarka ilə münasibətlərinə aydınlıq gətirəcək. Fransa növbəti mərhələni özünə təmin edib. Digər üç komandanın isə pley-off şansları davam edir.

DÇ-2022

Qrup mərhələsi, III tur
30 noyabr
C qrupu

23:00. Polşa Argentina
23:00. Səudiyyə Ərəbistanı – Meksika
Xal durumu: Polşa – 4, Argentina – 3, Səudiyyə Ərəbistanı – 3, Meksika – 1

D qrupu

19:00. Avstraliya – Danimarka
19:00. Tunis – Fransa

Xal durumu: Fransa – 6, Avstraliya – 3, Danimarka – 1, Tunis – 1

Qeyd edək ki, hələlik Fransa, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə və ABŞ 1/8 finala yüksəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir