İdman

Eto DÇ-2022-nin finalı ilə bağlı maraqlı proqnoz verdi

Sharing is caring!

Samuel Eto’O Kamerunun 2022 Dünya Kubokunu qazanacağına inanır.

“Barselona”nın keçmiş hücumçusu, hazırda isə Kamerun Futbol Federasiyasının prezidenti ölkəsinin milli komandasının finalda Mərakeşə qalib gələcəyini bildirib.

“Afrika həmişə Dünya Kuboklarını qazanmaq potensialına malik olub, lakin indiyə qədər biz həmişə ən yaxşı tərəfimizi göstərməmişik. Bu illər ərzində Afrika komandaları təcrübə toplayıblar və düşünürəm ki, onlar nəinki dünya çempionatında iştirak etməyə, həm də bu yarışda qalib gəlməyə hazırdırlar”, – Eto’O əlavə edib.

Qeyd edək ki, 2022-ci il dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Kamerun millisi İsveçrə, Serbiya və Braziliya ilə qrupda çıxış edəcək.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir