İdman

Azərbaycan əsilli gimnast dünya çempionatında qızıl medalın sahibi oldu – FOTO

Sharing is caring!

Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli gimnast Cessika Qədirova İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında sərbəst hərəkətlərdə qızıl medal qazanıb.

O, 14,200 balla ABŞ təmsilçiləri Cordan Çayls, Ceyd Keri və braziliyalı Rebekka Andradeni qabaqlayıb.

Beləliklə, Cessika Qədirova bu ölkənin tarixində dünya çempionu titulunu qazanan beşinci britaniyalı olub.

Xatırladaq ki, o noyabrın 4-də 55,199 xalla çoxnövçülükdə fəxri kürsünün 3-cü pilləsinə qalxıb, bununla da tarixi nəticəyə imza atıb. Belə ki, bu, Böyük Britaniyanın dünya çempionatında qadınlar arasında şəxsi çoxnövçülük üzrə ilk medalı olub.

Qeyd edək ki, istedadlı idmançının əkiz bacısı Cennifer Qədirova da gimnastika ilə məşğul olur.

Mənbə: Çempionat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir