İdman

Eldəniz Əzizli: “Kapitan kimi üzərimə böyük iş düşür” – FOTO

Sharing is caring!

“Komanda yarışında start böyük önəm daşıyır. Yığmaya ən çox medal verən idmançıyam. Kapitan kimi üzərimə böyük iş düşürdü. Döyüşü yaxşı keçirməliydim ki, yoldaşlarım da mənə layiq şəkildə güləşsinlər”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Bakıda keçirilən Dünya Kubokunda gürcüstanlı Nuqzari Tsurtsumiaya 9:0 hesabı ilə qalib gəldiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

Rəqibin dünya çempionu və reytinqdən özündən sonra ikinci yerdə olduğunu xatırladan idmançı aralarında ciddi xal fərqinin olmadığını bildirib: “Doqquzuncu dəfə ona qalib gəldim. Finala çıxdıq. Bundan sonra çempion olmaq lazımdır. Gənclərlə danışanda onları həvəsləndiririk, deyirik ki, bu şans bir də əlimizə düşməyəcək. Gənclərin nə vaxtsa belə imkanı ola bilər. Rafiq Hüseynov, Taleh Məmmədov və mənim kimi idmançılar üçün bu, son şansdır ki, Bakıda Dünya Kubokunu qazanaq”.

O, finalda Türkiyə yığmasını gözlədiklərini söyləyib: “Amma nəzərə almaq lazımdır ki, “ay-ulduzlular” buraya yorğun gəlib. Onlarda bizdəki qədər məsuliyyət yoxdur. Çünki Dünya Kuboku Türkiyədə keçirilmir. Bizim üçün isə ikiqat məsuliyyətdir. Özümüzü yaxşı hiss ediriksə, rəqibin fərqi yoxdur. Psixoloji cəhətdən hazır olmaq lazımdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir