İdman

Avropanın futbol nəhənglərinin skautları Kvaratsxeliya üçün İtaliyadadırlar

Sharing is caring!

Dünyanın nəhəng futbol klubları – “Real” (Madrid), “Liverpul”, “Tottenhem”, “Çelsi” və “Mançester Siti” gürcüstanlı futbolçu Xviça Kvaratsxeliyanı öz heyətlərinə qatmaq uğrunda mübarizə aparırlar.

Bu barədə jurnalist Nikola Skira özünün “Twitter” hesabında yazıb.

O qeyd edib ki, yuxarıda adları çəkilən klubların skautları 21 yaşlı gürcü hücumçunu izləmək üçün İtaliyadadırlar və Kvaratsxeliyanın oynadığı “Napoli” klubu ilə mütəmadi olaraq danışıqlar aparırlar.

Mənbənin sözlərinə görə, hazırda “Napoli” Kvaratsxeliyanı klubun əsas oyunçusu hesab edir və onu digər komandaya buraxmaq istəmir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir