İdman

Avroliqada vurduğu qolu anasına həsr edən 19 yaşlı futbolçu: “Motivasiya tapmalıydım” – VİDEO

Sharing is caring!

Ötən gecə keçirilən oyunlardan sonra UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

Türkiyənin “Fənərbağça” klubu “Dinamo” (Kiyev) üzərində 2:0 hesabı ilə qələbə qazanaraq 14 xalla B qrupunu lider kimi tamamlayıb.

Oyunda əlamətdar hadisələrdən biri “Fənərbağça”nın 19 yaşlı futbolçusu Arda Gülərin rəqib qapısına yol tapandan sonra qələbə sevincini “Annecim seni çok seviyorum”(Ana, səni çox sevirəm) sözlərinin yazıldığı maykanı nümayiş etdirməsi olub.

Qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandıran istedadlı yarımmüdafiəçi bildirib ki, anası iki ay əvvəl əməliyyat olunub və “Dinamo”nun qapısına vurduğu qolu ona həsr edib:

“İlk dəfə bu maykanı “Renn”lə səfər oyununda geyinmişdim. O vaxtdan bəri qol vurmaq mümkün olmamışdı, qismət bu günə imiş. O zaman mənim üçün futbol oynamaq çox çətin idi, motivasiya tapmalıydım. Bu haqda çox düşünürdüm. Əməliyyatından sonra vuracağım ilk qolu anama hədiyyə edəcəkdim. Bu gün qol vura bildiyim üçün çox xoşbəxtəm”.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir