İdman

Millinin sabiq fubolçusu qaçırıldı

Sharing is caring!

Nigeriya millisinin sabiq futbolçusu Kristian Oboda xoşagəlməz hadisə ilə üzləşib.

“Report” “LEquipe” nəşrinə istinadən xəbər verir ki, veteran yarımmüdafiəçi dünən Varri şəhəri yaxınlığında naməlum silahlılar tərəfindən qaçırılıb.

Hazırda polislərin onu xilas etməyə çalışdıqları bildirilib. Obodanın pul üçün oğurlandığı ehtimal olunur. Çünki həmin bölgədə bu cür hallar geniş yayılıb. Keçmiş futbolçu 2012-ci ildə də oxşar hadisənin qurbanı olub. Cinayətkar dəstə girovu qaytarmaq üçün 188 000 ABŞ dolları tələb edir.

Qeyd edək ki, İtaliyada “Perucca”, “Fiorentina” və “Udineze” komandalarının formasını geyinmiş Kristian Oboda karyerasını 2017-ci ildə Yunanıstan təmsilçisi “Apollon Smirnis”də başa vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir