İdman

Çempionlar Liqası: “Portu” qrup qalibi oldu, “Atletiko” avrokuboklarla vidalaşdı – VİDEO

Sharing is caring!

UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu – VI tura start verilib.

Artıq B qrupunda mübarizəyə yekun vurulub.

Portuqaliyada İspaniyanın “Atletiko” (Madrid) komandasına 2:1 hesabı ilə qalib gələn “Portu” 1/8 finala qrup lideri kimi adlayıb. Madrid təmsilçisi sonuncu yeri tutaraq, avrokuboklarla vidalaşıb.

Almaniyada “Bayer”lə qolsuz heç-heçə edən Belçika “Brügge”si pley-offa ikinci yerin sahibi kimi yüksəlib. Qrup 3-cüsü olan Leverkuzen təmsilçisi isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

1 noyabr

B qrupu

21:45. “Portu” (Portuqaliya) – “Atletiko” (Madrid, İspaniya) – 2:1

Qollar: Mehdi Taremi, 5. Stiven Euştakiu, 24 – İvan Markano, 90+5 (avtoqol)

21:45. “Bayer” (Almaniya) – “Brügge” (Belçika) – 0:0

Xal durumu: “Portu” – 12, “Brügge” – 11. “Bayer” – 5. “Atletiko” – 5.

Qeyd edək ki, “Portu” və “Brügge” ilə yanaşı, İtaliyanın “Napoli” və “İnter”, İngiltərənin “Liverpul”, “Mançester Siti” və “Çelsi”, Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund), İspaniyanın “Real Madrid”, Fransanın PSJ və Portuqaliyanın “Benfika” komandaları pley-offa vəsiqə qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir