İdman

Premyer Liqa: “Kəpəz” “Səbail”ə qalib gəlib

Sharing is caring!

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha 1 oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ilk matçı Gəncədə yerli “Kəpəz”lə “Səbail” arasında baş tutub.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 36 və 66-cı dəqiqələrdə Abdullahi Şuaybu, 84-cü dəqiqədə isə Fərid Nəbiyev vurub.

Bu nəticədən sonra xallarının sayını 8-ə yüksəldən “Kəpəz” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 10 xalı olan “Səbail” isə 7-ci sıradadır.

Günün digər matçında 19 xalla 4-cü sırada olan “Zirə” 22 xalla özündən bir pillə yüksəkdə qərarlaşan “Neftçi”ni qəbul edəcək.

Qeyd edək ki, açılış oyununda “Turan Tovuz” evdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib. Tura oktyabrın 30-da keçiriləcək “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir