İdman

Azərbaycan Kuboku: 1/8 final mərhələsinin oyunlarının vaxtı bəlli olub

Sharing is caring!

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, bir qarşılaşmadan ibarət mərhələnin görüşləri iki günü əhatə edəcək və turun üç görüşü “CBC Sport” telekanalı vasitəsilə, üç qarşılaşması isə PFL-in saytında canlı yayımlanacaq.

22 noyabr (çərşənbə axşamı)

15:00. “Qəbələ” – “Araz Naxçıvan”
Qəbələ şəhər stadionu, (canlı/pfl.az)

14:00. MOİK – “Səbail”
Binə qəsəbə stadionu (canlı/pfl.az)

14:00. “Şamaxı – “Turan Tovuz”
Şamaxı şəhər stadionu (canlı/ “CBC Sport”)

23 noyabr (çərşənbə)

17:00. “Sabah” – “Qaradağ Lökbatan”
“Bank Respublika Arena” (canlı/ “CBC Sport”)

14:00. “Mingəçevir” – “Zirə”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (canlı/pfl.az)

14:00. “Kəpəz” – “Sumqayıt”
Gəncə şəhər stadionu (canlı/ “CBC Sport”)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir