İdman

AFFA əvəzetmə qaydasını pozan klubu CƏZALANDIRDI

Sharing is caring!

AFFA İntizam Komitəsi “Zirə-2” komandasına texniki məğlubiyyət verib.

Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna paytaxt təmsilçisinin “Mingəçevir”ə qarşı I Divizionunun VIII tur oyununda əvəzetmə qaydası ilə bağlı nəzərdə tutulmuş limiti pozması səbəb olub.

“Qartallar” 400 manat məbləğində cərimələnib. Oyunöncəsi iclasda stadion xidmətinin nümayəndəsi iştirak etmədiyi üçün “Zirə” əlavə 80 manat ödəyəcək. Həmin iclasa nəzarət buraxılış xidməti nümayəndəsi gecikdiyi üçün isə “qartallar” 40 manat ziyana düşüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir