İdman

Fərid Qayıbov Zəngilanda idmançılarla yarışıb: “Mənim üçün çox çətin idi” – FOTO/VİDEO

Sharing is caring!

“Mənim üçün çox çətin idi. Yarışa yalnız təşkilatçı kimi hazırlaşmışdım. Fiziki cəhətdən hazırlaşmağa isə vaxtım olmayıb”.

Bunu “Report”a açıqlamasında “Zəfər yürüşü” turnirinin triatlon yarışında idmançı kimi iştirak edən gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir dünən axşam saatlarında turnirdə iştirak etməklə bağlı qərar verdiyini bildirib: “Bu, planda yox idi. Qərara gəldim ki, idmançılarla birlikdə qaçım. Məsafə böyük deyil, 2 km-dir. Səhər saatlarında velosiped sürmək barədə də düşündüm. Sağ olsunlar təşkil etdilər. Velosiped sürdüm və həm də qaçdığım üçün duatlon edə bildim. Hazırlaşmağa vaxt olmadığı üçün bir az çətin gəldi”.

F.Qayıbov velosiped sürdükdən sonra qaçmağın çətin olduğunu sözlərinə əlavə edib: “Özümə söz verirəm ki, idmanla məşğul olmağa vaxt tapacağam. Hələlik mütəmadi məşğul ola bilmirəm. Hamını idmana çağırıram. Belə yarışlarda iştirakçıların sayı çoxalıb, bu da məni sevindirir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir