İdman

“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov ikinci yeri tutdu

Sharing is caring!

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci final görüşünü keçirib.

“Report”un məlumatına görə, 37 yaşlı qrossmeyster növbəti dəfə polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gəlib.

Məmmədyarov 2-ci dueldən 2,5:0,5 hesabı ilə qalib ayrılsa da, tay-brekdə rəqibi ilə bacarmayıb – 0:2. Nəticədə Azərbaycan təmsilçisi turniri 2-ci pillədə başa vurub.

Qeyd edək ki, tərəflər arasındakı ilk final görüşü dünən baş tutub və Şəhriyar Məmmədyarov 1:3 hesabı ilə məğlub olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir