İdman

Mahir Emrelidə virus aşkarlandı

Sharing is caring!

Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Mahir Emrelinin səhhətində problem yaranıb.

“Report” Zaqreb təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç mətbuat konfransında bildirib.

69 yaşlı mütəxəssis Emreli ilə yanaşı daha 4 oyunçuda virus aşkarlandığını söyləyib.

Çaçiç həmin şəxslərin XIV turda “Hayduk”la səfər görüşündə iştirak etməyəcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək “Hayduk” – “Dinamo” qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir