İdman

Premyer Liqa: “Neftçi” səfərdə qələbə qazandı

Sharing is caring!

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ilk matçında “Kəpəz” Gəncədə “Neftçi”ni qəbul edib.

Gəncə şəhər stadionundakı qarşılaşma “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin heyətində 17-ci dəqiqədə Emin Mahmudov, 82-ci dəqiqədə Kenni Sayef fərqlənib.

Bölgə klubunda Zamiq Əliyev 62-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 21 yaşlı yarımmüdafiəçi görüşü ləngidən Kenni Sayefi başla vurduğu üçün meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 22-yə çatdıran “Neftçi” üçüncü pillədə qərarlaşıb. 4 xala malik “Kəpəz” “Sumqayıt”la birlikdə 8-9-cu yerləri bölüşdürür.

Qeyd edək ki, günün ikinci görüşündə “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək. Turun əvvəlki oyunlarında “Şamaxı” evdə “Qəbələ” ilə 1:1, “Səbail” səfərdə “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edib, “Sabah” isə doğma meydanda “Zirə”yə qalib gəlib – 1:0.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir