İdman

“Biz Birik – Sağlam və inklüziv həyat” layihəsinin açılış mərasimi və təlim sessiyası olub – FOTO

Sharing is caring!

11 oktyabr 2022-ci il tarixdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Biz Birik – Sağlam və inklüziv həyat” layihəsinin açılış mərasimi və təlim sessiyası baş tutub.

Birlikdən Oxu.Az-a verilən məlumata görə, iki davam edən sessiyanın ilk günündə Respublika Velotrekində baş tutan və ümumilikdə 50-dən çox şəxsin olduğu açılış mərasimində 30-a yaxın əlilliyi olan gənc iştirak edərək para-velosiped idmanı haqqında ətraflı məlumat əldə ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan layihənin açılış mərasimində Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin sədri və Para-velosiped idmanı növü üzrə baş məşqçi Amid Həsənquliyev iştirakçıları və qonaqları salamlayaraq layihə haqqında məlumat verib, idmanın önəmindən, xüsusilə əlilliyi olan gənclərə faydalarından danışıb. Daha sonra Respublika Reabilitasiya Mərkəzinin direktoru Şaban Eyvazov, Para-olimpiya çempiyonu Elvin Astanov və s. öz çıxışlarında bu kimi layihələrin önəmindən danışıb, əlilliyi olan gənclərin özünə qapanmamalarını, əksinə aktiv fəaliyyətdə olaraq həm özlərində, həm də cəmiyyətə daha çox fayda verə biləcəklərini vurğulayıblar.

Layihənin rəsmi hissəsindən sonra öncədən qeydiyyatdan keçmiş əlilliyi olan gənclər və vətən müharibəsi qaziləri təlim otağına dəvət edilərək para-velosiped üzrə nəzəri təlim həyata keçirilib.

Azərbaycan Para-Velosiped idmanı növü üzrə baş məşqçi Amid Həsənquliyev və para-velosiped növü üzrə atleti, birinci qrup vətən müharibəsi qazisi Bəhlul Əliyev tərəfindən həyata keçirilən nəzəri təlimdən sonra para-velosiped növü üzrə peşəkar idmançısı Mehman Ramazanzadə tərəfindən əl velosipedlərindən istifadənin praktiki təlimi baş tutub.

Təlimdən sonra iştirakçılar musiqili əyləncə zonasına dəvət ediliblər.

Əsas məqsədi əlilliyi olan gənclərin para-velosiped idman növünə cəlb edilməsi vasitəsilə onların cəmiyyətə inteqrasiyasına, özünəinam hisslərinin artırılmasına, şəxsi inkişafının və psixoloji vəziyyətlərinin barpa olunmasına, sağlam həyat tərzinin təbliği ilə bağlı biliklərinin artırılmasına töhvə vermək və reabilitasiyalarına şərait yaratmaqdan ibarət olan “Biz Birik – İnklüziv və sağlam həyat” layihəsinin növbəti günü iştirakçılar üçün növbəti təlim sesiyası baş tutub.

Nəzəri və praktiki hissədən ibarət olan təlimdə Respublika Olimpiya Velosiped Məktəbinin məşqçi-müəllimi Elçin Qasımov tərəfindən idmanda təhlükəsizlik, qidqalanma, yol hərəkəti qaydaları, məşq prossesləri və s. məlumatları çatdırılıb.

Daha sonra öyrəndiklərini praktiki olaraq əl velosipedlərində həyata keçirən iştirakçılar gün boyunca sürüş həyatra keçiriblər.

Layihədə iştirak etmiş gənclərə təşkilat tərəfindən iştirakçı sertifikatları təqdim edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir