İdman

AFFA dörd klubu cəzalandırıb

Sharing is caring!

AFFA İntizam Komitəsi “Qəbələ”, “Neftçi”, “Turan Tovuz” və “Şamaxı”nı cəzalandırıb

“Report”un məlumatına görə, “qırmızı-qaralar” evdə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur oyununda azarkeşlərin meydançaya yad əşyalar atması səbəbindən 1 600 manat cərimələnib. Əyalət təmsilçisi müdafiəçisi İlkin Qırtımov ciddi qayda pozuntusu etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün daha 1 600 manat ziyana düşüb.

“Neftçi” evdə “Turan Tovuz”la qolsuz heç-heçə etdiyi görüşdə azarkeşlərinin analoji davranışına görə 1 600 manat cərimə ödəyəcək. Qonaq komanda isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Şamaxı” isə səfərdə “Zirə”yə 0:1 hesabı ilə məğlub olduğu oyunda futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbindən 3 000 manat cərimələnib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir