İdman

“Neftçi”nin sabiq futbolçusu əməliyyat olunub – FOTO

Sharing is caring!

“Neftçi”nin yaponiyalı sabiq futbolçusu Keysuke Honda əməliyyat olunub.

36 yaşlı yarımmüdafiəçi bu barədə öz “Twitter”ində  paylaşım edib.

“Tezliklə qayıdacağam. Mümkün qədər uzun müddət oynamaq istəyirəm”, – Keysuke Honda yazıb.

Xatırladaq ki, Keysuke Honda 2020-2021 mövsümündə “Neftçi” ilə Azərbaycan Premyer Liqasının qalibi olub. Keysuke Honda son olaraq Litvanın “Suduva” klubunda çıxış edib. O, həmçinin Kamboca millisinin baş meneceridir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir