İdman

Çempionlar Liqası: “Mançester Siti” “Kopenhagen”lə bacarmadı, “Yuventus” uduzdu – VİDEO

Sharing is caring!

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək. Onlarda ikisi artıq başa çatıb.

G qrupunda İngiltərə təmsilçisi “Mançester Siti” Danimarkada “Kopenhagen”lə qarşılaşıb. Oyunun 60 dəqiqəsini azlıqda keçirən “şəhərlilər” matçda fərqlənə bilməsələr də, sonda bir xal qazanmağa nail olublar – 0:0.

H qrupunda isə Hayfa “Makkabi”si İsraildə İtaliya “Yuventus”una qalib gəlib – 2:0. Bu o deməkdir ki, bir qədər sonra baş tutacaq PSJ (Fransa) – “Benfika” (Portuqaliya) görüşünün qalibi növbəti raunda vəsiqəni vaxtından əvvəl təmin edəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

11 oktyabr

G qrupu

“Kopenhagen” (Danimarka) – “Mançester Siti” (İngiltərə) 0:0

H qrupu

“Makkabi” (Hayfa, İsrail) – “Yuventus” (İtaliya) 2:0

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir